
Filippində "Rai” qasırğası nəticəsində ölənlərin sayı yenidən artıb.
Qeyd olunub ki, qasırğa 208 nəfərin ölümünə səbəb olub, azı 239 sakin yaralanıb, daha 52 nəfər itkin düşüb.
Mərkəzi Visayi regionunda - 129 nəfər, Qərbi Visayi regionunda - 22 nəfər, 10 nəfər Karaqa bölgəsində, 7 nəfər isə Şimali Mindanaoda ölüb.
Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin məlumatına görə, tayfunun episentri Vyetnamın Bindin əyalətinə doğru hərəkət edir.



























