
İran dünya ictimaiyyətini Əfqanıstanın maliyyə aktivlərini blokdan çıxarmağa çağırır.
Bunu İranın xarici işlər naziri Hüseyn Abdullahian deyib.
Diplomatın sözlərinə görə, Əfqanıstan xalqının təcili humanitar yardıma ehtiyacı var:
"Müsəlman ölkələrinin maliyyə fondunun yaradılması bu məqsədə çatmaq üçün zəruri görünür".






























