
Özbəkistanın Anqren şəhərində iki yük qatarı toqquşub.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"İnsident dekabrın 19-da yerli vaxtla saat 05:03-də baş verib. Qatarlardan biri texniki nasazlıq səbəbindən hərəkət zamanı dayanıb, bu zaman dəmir yolu ilə hərəkət edən digər qatar dayanmış qatara çırpılıb, nəticədə 20 vaqon relsdən çıxıb", - deyə məlumatda deyilir.
Bildirilir ki, qəza nəticəsində lokomotivlərdən birinin maşinisti və onun köməkçisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.



























