
ABŞ və onun müttəfiqləri Ukrayna ətrafında vəziyyətin mümkün gərginləşməsinə cavab vermək üçün iqtisadi tədbirlər hazırlayır.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.
Onun sözlərinə görə, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi Rusiya üçün "dərin nəticələrə” səbəb ola bilər, lakin bu halda işlənib hazırlanan sanksiyalar əsasən iqtisadi tədbirlərdən ibarətdir.



























