
Əfqanıstanın paytaxtı Kabildə iki, Hilmənd vilayətində isə bir partlayış baş verib.
GunAz.az xəbər verir ki, partlayıcı qurğu Kabilin cənub-şərqindəki bölgədə işə düşüb, 3 nəfər həlak olub.
Digər hadisə Kabilin Daşte-Bərçi bölgəsində qeydə alınıb. Belə ki, yol kənarına qoyulmuş bomba partlayıb, xəsarət alan olmayıb.
Hilmənddə törədilən terakt nəticəsində isə ən azı 4 nəfər xəsarət alıb.



























