SON DƏQİQƏ

Xorvatiya öz pul vahidini dəyişir

Tarix:

11-12-2021, 08:12

/ 1 123 dəfə oxundu.
Xorvatiya öz pul vahidini dəyişir

Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək.

Bunu baş nazirin müavini, maliyyə naziri Zdravko Mariç Rovinjdə deyib.

Mariç bildirib ki, qiymətlərin milli valyuta olan kuna və avro ilə göstərilməsi azı bir il davam edəcək.

Nazirin sözlərinə görə, Xorvatiyanın Avrozonaya qoşulması ilə bağlı rəsmi açıqlama 2022-ci ilin ortalarında gözlənilir.

Ölkənin avrodan istifadəyə keçidini təmin etmək üçün hökumət, nazirliklər və digər aidiyyəti qurumlar 40-a yaxın qanunu və 70 müxtəlif müvafiq aktları uyğunlaşdırmalıdır.

скачать dle 12.1

Şərhlər