
Çin 2020-ci ilin iyulunda Kommunist Partiyasının 100 illiyini qeyd etmək üçün hava şəraitini süni şəkildə dəyişdirib. Bu barədə Tsinxua Universitetinin araşdırmasında bildirilib. Qeyd olunub ki, Çin hökuməti buludlara xüsusi reagentlərin yeridilməsi texnologiyasından istifadə edib. Bu üsul yağıntının miqdarına nəzarət etməyə, həmçinin dolu və ya dumanın qarşısını almağa imkan verir. Bu metoddan istifadə edərək, Çin Tiananmen meydanında keçirilən mərasim zamanı aydın hava şəraitinə nail olub.



























