
Kanadanın Kvebek ştatının Monreal şəhərindəki məktəblərin birində şagird öz müəlliminə kəsici predmetlə xəsarət yetirib.
GunAz.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Hadisə dərs zamanı baş verib. Xəsarət alan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsi yoxdur.
Cinayəti törədən 16 yaşlı məktəbli isə artıq saxlanılıb. Polis araşdırmalara başlayıb.



























