
Qərb ölkələrindən hərbi birliklərin Ukraynada yerləşdirilməsi Rusiyanı olduqca narahat edir.
GunAz.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, bu situasiya Moskvanı öz maraqlarını qorumaq üçün addımlar atmağa vadar edir:
"Avropadan Ukraynaya təkcə təlim birlikləri deyil, eyni zamanda döyüş bölmələri də göndərilir. Əlbəttə bu, bizi çox narahat edir, biz bunu bəyənmirik”.





























