
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 50 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.
Bu barədə Saakaşvilinin həkimi Nikoloz Kipşidze məlumat yayıb.
Qeyd edək ki, Mixeil Saakaşvili dünən Tbilisidəki həbsxanadanGürcüstan Müdafiə Nazirliyinin Qori şəhərindəki hospitalına köçürülüb. Hazırda onun müalicəsi həkimlər şurasının nəzarətində davam etdirilir.






























