SON DƏQİQƏ

Saakaşvilinin aqibəti necə oldu?

Tarix:

13-11-2021, 09:20

/ 1 271 dəfə oxundu.
Saakaşvilinin aqibəti necə oldu?

Mixail Saakaşvili mülki klinikaya köçürülənə qədər aclığı davam etdirəcək.

Bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Şota Tutberidze deyib.

Onun sözlərinə görə, eks-prezidentin vəziyyəti ağırdır, amma özünü inamlı hiss edir:

"Əlbəttə, biz onun səhhətinin gündən-günə pisləşməsindən narahatıq. Ancaq onun mövqeyi dəyişməyib. Saakaşvili hesab edir ki, qələbəyə qədər mübarizə davam etməlidir”.

Qeyd edək ki, Saakaşvili ötən gün Avropa Məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq, aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini bildirmiş, ancaq bunun üçün mülki xəstəxanaya köçürülməsini şərt olaraq irəli sürmüşdü.

скачать dle 12.1

Şərhlər