SON DƏQİQƏ

Sançez Türkiyədə: Ərdoğanla görüşdü...

Tarix:

17-11-2021, 23:48

/ 1 477 dəfə oxundu.
Sançez Türkiyədə: Ərdoğanla görüşdü...

İspaniyanın Baş naziri Pedro Sançez Türkiyəyə səfər edib.

GunAz.az xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın Baş naziri Pedro Sançes arasında ikitərəfli görüş keçirilib.

Sonra Türkiyə-İspaniya Hökumətlərarası 7-ci Zirvə görüşü keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Pedro Sançesin Türkiyə Prezident Administrasiyasında birgə mətbuat konfransı olub.

Türkiyə-İspaniya münasibətlərinin inkişaf istiqamətlərini yüksək dəyərləndirən liderlər gündəlikdə duran məsəllərdən bəhs ediblər. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, müdafiə sənayesində də birgə əməkdaşlıq böyük nəticələr verməkdədir.

Səfərin faydalı olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, 600 ispan şirkəti Türkiyəyə sərmayə qoyub, tərəflər müəyyən edilmiş hədəflərə çatmaq üçün qərarlıdırlar.

Baş naziri Pedro Sançez deyib: "Türkiyənin Avropa İttifaqının bir parçası olmasını istəyirik. Türkiyə sadəcə qonşumuz deyil, Avropa İttifaqının ortaq bir müttəfiqidir”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.


скачать dle 12.1

Şərhlər