SON DƏQİQƏ
» » Gürcüstanda seçkilər başa çatdı: Mişanın partiyası ikincidir

Gürcüstanda seçkilər başa çatdı: Mişanın partiyası ikincidir

Tarix:

2-10-2021, 22:01

/ 1 451 dəfə oxundu.
Gürcüstanda seçkilər başa çatdı: Mişanın partiyası ikincidir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə başa çatıb.

GunAz.az xəbər verir ki, seçki məntəqələri saat 20:00-da bağlanıb.

Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb.

***

Gürcüstanın "Qorbi” təşkilatı yerli seçkilərdə apardığı ekzit-pollun nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 47,6%, Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1%, Gürcüstan naminə Partiyası isə 6,8% səs əldə edib.

"Mtavari arxi” teleşirkətinin keçirdiyi ekzit-poll nəticəsinə görə isə Gürcü Arzusu 38,6%, Vahid Milli Hərəkat Partiyası 33%, Gürcüstan naminə Partiyası isə 7,6% səs alıb.


скачать dle 12.1

Şərhlər