
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə danışıqlarının bərpa ediləcəyinə hazır olduqlarını bəyan edib.
Bu barədə Abdullahiyan ABŞ-ın "NBC News" televiziyasına danışıb.
Abdullahiyan İranda yeni administrasiyanın hakimiyyətə gəlişi ilə iyun ayında dayanan nüvə anlaşmasına qayıtmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını bildirib. Ancaq ABŞ-ın İrana qarşı yeni sanksiya tətbiq etməsilə müsbət mesaj vermədiyini vurğulayıb.