SON DƏQİQƏ

Ceyhun Bayramov İranlı həmkarını qəbul edib

Tarix:

31-08-2021, 20:47

/ 4 195 dəfə oxundu.
Ceyhun Bayramov İranlı həmkarını qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Ceyhun Bayramov iranlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ