SON DƏQİQƏ
» » Rusiyanın dövlət saytındakı Azərbaycana qarşı təxribat aradan qaldırıldı

Rusiyanın dövlət saytındakı Azərbaycana qarşı təxribat aradan qaldırıldı

Tarix:

9-09-2021, 10:20

/ 4 217 dəfə oxundu.
Rusiyanın dövlət saytındakı Azərbaycana qarşı təxribat aradan qaldırıldı

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin "Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

Saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

 

Həmçinin "Müqavilənin şərtləri” bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası” qeyd olunmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ