SON DƏQİQƏ
» » Türk nazir S-400 dən danışdı- YENİLİK OLACAQ?

Türk nazir S-400 dən danışdı- YENİLİK OLACAQ?

Tarix:

8-09-2021, 09:13

/ 4 209 dəfə oxundu.
Türk nazir S-400 dən danışdı- YENİLİK OLACAQ?

Rusiyadan növbəti S-400 sisteminin alınması ilə bağlı tərəddüd yoxdur.

Bu sözləri Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

"Biz masa arxasına oturduğumuzda iki sistem üzərində razılaşma əldə edildi. Birincisi göndərildi. İkinci sistemlə bağlı birgə istehsal, müəyyən texnoloji mərhələlər var. Həmçinin burada detallı danışıqlar prosesi də gərəkdir. "Türkiyə birinci sistemi aldı, daha sonra isə ikinci sistemi almağı düşündü" deyə bir durum yoxdur. Yəni, yeni razılaşma yoxdur, sadəcə əvvəlki razılaşma prosesi davam edir. "Yeni səhifə açıldı, yeni razılaşma imzalandı" demək doğru deyil. Dövlət başçıları səviyyəsində gündəmə gətiriləcək məsələ deyil. Detallı danışıqlar olduğu üçün sadəcə proses bir az uzun çəkir”, - deyə nazir bildirib.

Nazir ölkəsinin amerikan "Patriot" sistemiləri ilə bağlı mövqeyini bir daha xatırladaraq, təklif gələcəyi təqdirdə dəyərləndiriləcəyini söyləyib.

скачать dle 12.1

Şərhlər