SON DƏQİQƏ
» » 22 hərbi təyyarə, 24 hərbi helikopter: Özbəkistan sərhədində nə baş verir?

22 hərbi təyyarə, 24 hərbi helikopter: Özbəkistan sərhədində nə baş verir?

Tarix:

17-08-2021, 08:47

/ 2 762 dəfə oxundu.
22 hərbi təyyarə, 24 hərbi helikopter: Özbəkistan sərhədində nə baş verir?

Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib.

Publika.az Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, üç "Embraer-314” əfqan hərbi təyyarəsi Xanabad aeroportuna enməyə icazə istəyib. Bu təyyarələrə Termez hava limanına enməyə icazə verilib. Özbəkistan Hərbi Hava Qüvvələrinin iki MiG-29 təyyarəsi onları izləyib. Ehtiyatsızlıq üzündən bir "Embraer-314” təyyarəsi Özbəkistanın MiG-29 təyyarəsi ilə toqquşub. Təyyarələrin pilotları paraşütlə özlərini atıb.

Ümumiyyətlə avqustun 14-16-da Özbəkistan sərhədini hava və quru yolla 743 hərbçi və mülki şəxs keçib. Bütün bu faktlarla bağlı Özbəkistanın Baş prokurorluğu cinayət işi açıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ