SON DƏQİQƏ
» » Paşinyan və Köçəryan bu məsələdən imtina etdi- Nə baş verir?

Paşinyan və Köçəryan bu məsələdən imtina etdi- Nə baş verir?

Tarix:

21-07-2021, 10:52

/ 4 212 dəfə oxundu.
Paşinyan və Köçəryan bu məsələdən imtina etdi- Nə baş verir?

Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və "Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini açıqlayarkən bildirib.

 

Açıqlamada bildirilib ki, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə "icra strukturunda işləməyə adət etdiyindən” parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, iyulun 26-da Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək. /Yenisabah.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ