SON DƏQİQƏ

Ermənistanda yeni reytinq - Paşinyan liderdir

Tarix:

29-05-2021, 14:15

/ 3 429 dəfə oxundu.
Ermənistanda yeni reytinq - Paşinyan liderdir

Ermənilər üçün hələ də ən uyğun siyasətçi baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyandır.

GunAz.az xəbər verir ki, bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.

 

Nikol Paşinyan respondentlərin 16%-i üçün çox uyğun, 29%-i üçün isə uyğun olub.

Spiker Ararat Mirzoyan (5% çox uyğun, 35% uyğun) ikinci yeri tutub.

Daha sonrakı yerlərdə Baş nazirin müavini səlahiyyətlərini icra edən Tiqran Avinyan (30%), Prezident Armen Sərkisyan (28%), vitse-spiker Alen Simonyan (28%), Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan (25%), İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan (23%), Mənim Addımım fraksiyasının rəhbəri Lilit Makunts (23%), eks-prezident Robert Köçəryan (20%), deputat Naira Zöhrabyan (16%) qərarlaşıb.

Eks-prezident Levon Ter-Petrosyanı respondentlərin 11%, Serj Sərkisyanı isə 10%-i dəstəkləyib.

скачать dle 12.1

Şərhlər