SON DƏQİQƏ

Zaxarova: Qərb Rusiya mifi yaratmaq istəyir

Tarix:

24-06-2021, 22:32

/ 1 368 dəfə oxundu.
Zaxarova: Qərb Rusiya mifi yaratmaq istəyir

Britaniya esminesi ilə bağlı Qara dənizdə baş verən provokasiya Rusiyanın proqnozlaşdırılmayan obrazını yaratmaq idi.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Nə üçün lazım idi? Qərb ölkələrinin siyasi-informativ məkanında, xüsusən Brüsseldə Rusiyanın "proqnozlaşdırılmayan addımları, təhlükəsi” barədə mif yaratmaq... Bax, bunun üçün provokativ hərəkətlər lazım idi”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın "Defender” eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açmışdılar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ