SON DƏQİQƏ
» » Akardan Britaniya gəmisinə atəş açılmasına - Reaksiya

Akardan Britaniya gəmisinə atəş açılmasına - Reaksiya

Tarix:

24-06-2021, 00:00

/ 1 455 dəfə oxundu.
Akardan Britaniya gəmisinə atəş açılmasına - Reaksiya

Rusiya donanmasının sərhəd patrul gəmisinin Qara dənizdə Böyük Britaniyanın "Defender” esminesinə atəş açması ilə bağlı Türkiyədən ilk açıqlama verilib.

GunAz.az xəbər verir ki, bu barədə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Mövzu ilə bağlı həm Rusiya, həm də Böyük Britaniyadan açıqlama gəldiyini deyən nazir bu açıqlamaların fərqli olduğunu və araşdırıldığını vurğulayıb.

Bildirilib ki, yaxın saatlarda mövzu daha aydın şəkildə bəlli olacaq.

Qeyd edək ki, Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın "Defender” eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açdıqları haqda məlumat yayıblar. Britaniya isə "Defender"ə heç bir atəş açılmadığını bildirib.


скачать dle 12.1

Şərhlər