SON DƏQİQƏ
» » Kanada Baş naziri Hayd Park faciəsini müsəlmanlara qarşı terror aktı adlandırdı

Kanada Baş naziri Hayd Park faciəsini müsəlmanlara qarşı terror aktı adlandırdı

Tarix:

8-06-2021, 21:51

/ 1 342 dəfə oxundu.
Kanada Baş naziri Hayd Park faciəsini müsəlmanlara qarşı terror aktı adlandırdı

Kanadanın Baş naziri Castin Tryudo Ontario vilayətinin London şəhərində müsəlman ailənin qətlini terror hadisəsi adlandırıb.

TASS xəbər verir ki, o, bu bəyanatla ölkə parlamentində çıxış edib.

Baş nazir bildirib ki, Hayd Parkda baş verənlər "nifrətdən doğan terror aktıdır”.

Tryudo, həmçinin ölkə vətəndaşlarını rasizm və ksenofobiya halları ilə mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, Londonun Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub. Ailənin yalnız 9 yaşında bir övladı sağ qalıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ