SON DƏQİQƏ
» » İranda canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

İranda canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

Tarix:

15-04-2021, 08:32

/ 3 439 dəfə oxundu.
İranda canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

İranın dövlət telekanalında İngiltərə Premyer Liqasının XXXI turunun "Tottenhem" - "Mançester Yunayted" oyununun canlı yayımı dəfələrlə kəsilib.

GunAz.az xəbər verir ki, buna matçın yan xətt hakiminin qadın olması səbəb olub.

Sian Messi adlı hakim meydana qaydalara uyğun olaraq, şort və dizliklə çıxıb. O, hər dəfə ekranda görünəndə telekanal "Tottenhem" stadionunun yuxarıdan çəkilmiş görüntüsünü nümayiş etdirib. Nəticədə yayım 100 dəfədən çox kəsilib.

Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ