SON DƏQİQƏ
» » Baydenlə Putin razılaşdı, hazırlıqlar BAŞLADI

Baydenlə Putin razılaşdı, hazırlıqlar BAŞLADI

Tarix:

14-04-2021, 12:07

/ 3 738 dəfə oxundu.
Baydenlə Putin razılaşdı, hazırlıqlar BAŞLADI

Rusiya Xarici İşlər Nazirliyi Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Co Bayden arasındakı görüşün təşkilində öz üzərinə düşən işləri görür.

GünAz.az xəbər verir ki, bunu sözügedən nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova iki ölkə liderlərinin görüşünü təşkil etməyin prezident administrasiyası səlahiyyətlərinə aid olduğunu bildirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasındakı son görüşünü də xatırladıb:

"Bu, hazırlığa aid deyil”.

Qeyd edək ki, dünən ABŞ və Rusiya liderləri telefonda danışıblar. Kremlin verdiyi məlumata görə, ABŞ prezidenti Putinlə strateji təhlükəsizlik, silahlara nəzarət, Əfqanıstandakı vəziyyət və qlobal iqlim dəyişikliyi ilə bağlı söhbət zamanı şəxsi görüş barədə düşünməyi təklif edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ