SON DƏQİQƏ
» » Zaxarova: Lavrov dekabrın əvvəlində Bakıya səfər edəcək

Zaxarova: Lavrov dekabrın əvvəlində Bakıya səfər edəcək

Tarix:

28-11-2019, 20:30

/ 1 601 dəfə oxundu.
Zaxarova: Lavrov dekabrın əvvəlində Bakıya səfər edəcək

Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıya rəsmi səfər edəcək, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

GunAz.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

"Sazişə uyğun olaraq dekabrın 2-3-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Bakıya rəsmi səfər edəcək", - M. Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin səfər proqramında ölkə rəhbərliyi ilə görüşlər, həmçinin Azərbaycan xarici işlər naziri ilə danışıqlar nəzərdə tutulur.

скачать dle 12.1

Şərhlər