SON DƏQİQƏ
» » Zaxarova: "Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək"

Zaxarova: "Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək"

Tarix:

16-11-2017, 12:42

/ 972 dəfə oxundu.
Zaxarova: "Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.
Gunaz.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".
M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur".
XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ