SON DƏQİQƏ
» » ABŞ İrana bəzi sanksiyaları ləğv etməyin şərtlərini AÇIQLADI

ABŞ İrana bəzi sanksiyaları ləğv etməyin şərtlərini AÇIQLADI

Tarix:

8-04-2021, 08:34

/ 5 920 dəfə oxundu.
ABŞ İrana bəzi sanksiyaları ləğv etməyin şərtlərini AÇIQLADI

Birləşmiş Ştatlar İranın Nüvə Müqaviləsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

GunAz.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlayıb.

Onun sözlərinə görə, sanksiyalar məsələsi açıq qalır.

"Biz Nüvə Müqaviləsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış üçün lazımi addımlara, o cümlədən sanksiyaların ləğvi yolu ilə təşəbbüsə hazırıq, hansılar ki, fəaliyyət planına uyğun deyil", - o deyib.

Diplomat həmçinin qeyd edib ki, İran sazişinin icrası üzrə konstruktiv danışıqlar Vyanada keçirilir. Amerika nümayəndə heyəti artıq Rusiyanın, Avropa Birliyinin və Çinin nümayəndələri ilə danışıb.

Daha əvvəl İran prezidenti Həsən Ruhani hökumətin növbəti iclasında bildirib ki, ABŞ tam həcmdə Birgə Hərtərəfli Fəaliyyət Planında iştirakını yeniləyən kimi İran nüvə sazişi üzrə öhdəliklərin icrasına qayıdacaq.TASS


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ