SON DƏQİQƏ

Ərdoğandan Liviyaya növbəti mesaj...

Tarix:

20-03-2021, 23:10

/ 1 434 dəfə oxundu.
Ərdoğandan Liviyaya növbəti mesaj...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının rəhbəri Məhəmməd Yunus və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıqlarda Türkiyə-Liviya əlaqələri və regional məsələlər müzakirə olunub.

Ərdoğan Liviya Milli Birlik Hökumətinin Nümayəndələr Məclisininin etimadını qazanmasından dolayı təbriklərini çatdırıb.

Türk lider Liviyanın suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini dəstəklədiyini bildirib. Ərdoğan Türkiyənin hər zaman Liviyaya istənilən şəkildə dəstəyini davam etdirəcəyini də əlavə edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ