SON DƏQİQƏ
» » Liviya əcdadlarımızın qəhrəmanlıq nümayiş etdirdiyi diyardır - Ərdoğan

Liviya əcdadlarımızın qəhrəmanlıq nümayiş etdirdiyi diyardır - Ərdoğan

Tarix:

9-01-2020, 19:30

/ 1 765 dəfə oxundu.
Liviya əcdadlarımızın qəhrəmanlıq nümayiş etdirdiyi diyardır - Ərdoğan

Aralıq dənizində müəyyən qüvvələrin Türkiyəni məhdudlaşdırmaq cəhdləri Şimali Kipr Türk Cümhuriyyəti və Liviya arasındakı razılaşmalar sayəsində uğursuz oldu. Bu gün Ankara əleyhdarları Ankara və Tripoli arasındakı razılaşmalarının əhəmiyyətini aşağı salmağa çalışırlar. GunAz.az-ın verdiyi xəbərə görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, türk qoşunlarının Liviyaya göndərilməsi Liviya tərəfinin dəvəti ilə həyata keçirilib.

Ərdoğan, Türkiyə ilə Liviyanı birləşdirən tarixi bağlara diqqət çəkib.

"Liviya, əcdadlarımızın qəhrəmanlıq nümayiş etdirdiyi bir diyardır. Türkiyə İraq, Suriya və Aralıq dənizindəki maraqlarını müdafiə etməyə davam edəcək. Ankara maraqlarından imtina etməyəcək və istənilən qüvvəyə qarşı durmağa hazırdır. Qələbəyə qədər dayanmayacağıq", o deyib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ