SON DƏQİQƏ
» » Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

Tarix:

19-11-2019, 19:50

/ 437 dəfə oxundu.
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

Türkiyə və ABŞ ikitərəfli münasibətlərdəki problemləri dialoq yolu ilə həll etməyə hazırdır. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiya iclasında deyib.

ABŞ-a səfərinin nəticələrini şərh edən Ərdoğan, Ankara ilə Vaşinqton arasındakı S-400 hava müdafiə sistemləri ilə bağlı yaranan problemlərdən bəhs edib.

“Rusiya kompleksləri ABŞ ilə ikitərəfli münasibətlərdə əsas problemlərdən birinə çevrilib. Tramp və mən fikir ayrılıqlarını həll etmək yollarının tapılması zəruriliyi barədə razılığa gəldik. Trampa Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemlərini əldə etmək qərarına necə gəldiyini izah etdim. Tramp Ankaranın mövqeyində haqlı olduğuna inanır. Ağ Ev rəhbərinə Ankaranın bu məsələdə geri addım atmayacağını bildirdik. Eyni zamanda, Patriot sistemlərini əldə etməkdə maraqlı olduğumuzu bir daha vurğuladıq", o deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ