SON DƏQİQƏ
» » Ankara Kipr türklərin maraqlarını qorumağa davam edəcək - Ərdoğan

Ankara Kipr türklərin maraqlarını qorumağa davam edəcək - Ərdoğan

Tarix:

15-11-2019, 19:30

/ 1 311 dəfə oxundu.
Ankara Kipr türklərin maraqlarını qorumağa davam edəcək - Ərdoğan

Kiprin  təhlükəsizliyinin qarant-ölkəsi olaraq, Türkiyə Kipr türklərinə dəstək verməyə davam edəcəkdir.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 36-cı ildönümünə həsr olunmuş nitqində deyib.

"Tarixi borcumuz və müqavilə öhdəliklərimizə əsaslanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının qürurla dənizdə, göydə və quruda dalğalanması üçün əlimizdən gələni edəcəyik", Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Ankara heç vaxt Kipr türklərinin Şərqi Aralıq dənizindəki karbohidrogen qaynaqlarına dair haqqlarının mənimsənilməsinə imkan verməyəcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər