Ankara qaz yataqlarının istismarından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə Yunan Kipri və bir sıra xarici neft şirkətləri arasında əldə edilən sazişi qəbuledilməz hesab edir. GunAz.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlayıb.
"Bu müqavilə bir daha göstərir ki, Kiprin yunan icması adanın təbii qaynaqları ilə bağlı eyni hüquqlara sahib olan Kipr türklərinin hüquqlarını pozmağa davam edir. Sazişdə Kipr türklərinin adı qeyd edilmir, yəni qaz yataqlarının istismarından əldə olunan gəlirlərdə onların payı olmayacaq. Bu nə Türkiyə, nə də Şimali Kipr Türk Respublikası üçün (KKTC) qəbul edilə bilməz", Aksoy bildirib.