SON DƏQİQƏ
» » ABŞ-ın Aralıq oyunu: Hədəfdə Türkiyə və Rusiyadır... - Ekspert

ABŞ-ın Aralıq oyunu: Hədəfdə Türkiyə və Rusiyadır... - Ekspert

Tarix:

19-11-2019, 09:21

/ 681 dəfə oxundu.
ABŞ-ın Aralıq oyunu: Hədəfdə Türkiyə və Rusiyadır... - Ekspert

Şərqi Aralıq dənizində ABŞ və onun dəstəklədiyi qüvvələrin hədəfi Türkiyə və Rusiyadır.

GunAz.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Məsud Haqqı bildirib.

"Türkiyə özünü hərbi təlimlərlə qorxutmağa çalışan ABŞ, Cənubi Kipr, və Yunanıstan düşərgəsinə qarşı lazım olarsa, hərbi gücdən istifadə ediləcəyini 3 böyük hərbi təlimlə ortaya qoydu. Türkiyə və Şimali Kipri sözügedən bölgədə kənarda saxlamağa çalışırlar, Türkiyə də buna qarşı çıxır və Prezident Rəcəb Tayyib Ərdoğan da Türkiyənin əsla Şərq Aralıq dənizindəki mənfəətlərindən imtina etməyəcəyini vurğuladı. Burada üç məqam var. Bunlardan biri məsələnin beynəlxalq hüquqi ölçüsüdür. Türkiyə bunu söyləyir: bölgə sahil ölkələri arasında mübahisə yaradarsa, sülh yolu ilə və konsensusla həll edilməlidir. Həm Avropa Birliyi, həm də ABŞ, Cənubi Kipr və Yunanıstan Şərqi Aralıq dənizini həll edilməmiş vəziyyətə gətirirlər. Bu ölkələr Türkiyəni təhdid edir və hərbi manevrlərlə küncə sıxışdırmağa cəhd edirlər. Türkiyə-Rusiya yaxınlaşması da ABŞ-ı narahat edir. Yaxın Şərqdə varlığını davam etdirən Rusiya da, Türkiyə kimi, ABŞ-ın hədəfindədir", - Haqqı qeyd edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər