SON DƏQİQƏ
» » Manukyan: "Paşinyanın hakimiyyətdə qalması üçün yalnız bir yolu var"

Manukyan: "Paşinyanın hakimiyyətdə qalması üçün yalnız bir yolu var"

Tarix:

9-03-2021, 22:06

/ 1 306 dəfə oxundu.
Manukyan: "Paşinyanın hakimiyyətdə qalması üçün yalnız bir yolu var"

"Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasının yalnız bir yolu var: O da diktaturaya keçməkdir. Bunun üçün isə ona ordu lazımdır!”

GunAz.az xəbər verir ki, bu sözləri Ermənistanda müxalifətdə olan "Vətəni xilas uğrunda hərəkat”ının baş nazirliyə namizədi Vazgen Manukyan deyib.

"Lakin Paşinyan ordunu sındıra bilmədi və bacarmayacaq. Onun hakimiyyətdə qalması da mümkün deyil. Çünki əhalinin geniş təbəqələri tərəfindən dəstəklənmir. İndi baş nazirə qarşı daha çox adam çıxmaqdadır”, – deyə o qeyd edib.

Vazgen Manukyan hakimiyyətin "hərbi əsirlərin qaytarılmasına müxalifətin maneçilik törətməsi” barədə fikirlərini də səfehlik adlandırıb:
"Bununla bağlı heç olmasa bir arqument gətirsinlər”,- deyə o, jurnalistər qarşısında bəyan edib.

Erməni müxalifətinin formal lideri bundan sonra daha qərarlı addımlar atacağını bildirib.demokrat.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ