SON DƏQİQƏ
» » ABŞ Rusiya təsirinə qarşı İrəvana növbəti qrant ayırır

ABŞ Rusiya təsirinə qarşı İrəvana növbəti qrant ayırır

Tarix:

5-03-2021, 21:14

/ 1 336 dəfə oxundu.
ABŞ Rusiya təsirinə qarşı İrəvana növbəti qrant ayırır

ABŞ Dövlət Departamenti yanında Əmək, İnsan Haqları və Demokratiya Məsələləri Bürosu Ermənistanla bağlı 900 min dollarlıq qrant üçün müsabiqə elan edib.

GunAz.az xəbər verir ki, bu barədə "Sputnik” məlumat yayıb.

Bildirilib ki, qrant Rusiyanın Ermənistanda təsirini gücləndirmək cəhdləri fonunda işçilərin haqlarının möhkəmləndirilməsi məqsədini daşıyır.

Dövlət Departamenti Ermənistanda işçi haqları sahəsində islahatların olmamasından Rusiyanın öz təsirini sərfəli şəkildə artırmaq üçün istifadə etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin Vaşinqtonla İrəvan arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün 150 min dollarlıq qrant ayıracağı bildirilmişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ