SON DƏQİQƏ

Rusiya MN-dən Qarabağ hesabatı

Tarix:

3-03-2021, 13:10

/ 5 920 dəfə oxundu.
Rusiya MN-dən Qarabağ hesabatı

Qarabağın Ağdərə bölgəsinin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları 30-dan çox 152 mm-lik fuqas mərmilərini zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin günlük bülletenində bildirilib.

Qeyd edilib ki, ümumilikdə indiyə qədər rus istehkamçıları Qarabağda 1 548 hektar ərazini, 484 kilometrlik yolu, 1 524 ev və 30 sosial əhəmiyyətli obyekti minalardan təmizləyib, 24 994 partlayıcını zərərsizləşdirib.

скачать dle 12.1

Şərhlər