
Ermənistanda hərbi qiyama cəhdi şiddətlə qınayırıq.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, dünyanın harasında olursa olsun, Türkiyə hərbi qiyama qarşıdır:
"Ermənistandakı bu vəziyyəti də şiddətlə qınayırıq. Hərbi qiyama cəhd ölkədə sabitliyi pozan amillərdir. Türkiyənin bu mövqeyi prinsip məsələsidir. Hərbi qiyama qarşıyıq”.



























