SON DƏQİQƏ
» » Terrorçuların hədəfləri dəqiq seçilib - Akar

Terrorçuların hədəfləri dəqiq seçilib - Akar

Tarix:

16-02-2021, 23:19

/ 1 334 dəfə oxundu.
Terrorçuların hədəfləri dəqiq seçilib - Akar

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi "Pəncə Qartal-2” antiterror əməliyyatı zamanı ordu birləşmələri PKK-ya məxsus mağaraya daxil olarkən ancaq gözyaşardıcı qazdan istifadə edib. Əməliyyat zamanı bir neçəsi axtarışda olan 51 terrorçu məhv edilib, ikisi sağ ələ keçirilib.

GunAz.az xəbər verir ki, bu fikirləri milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisində əməliyyatla bağlı hesabatı təqdim edərkən deyib. Nazir diqqətə çatdırıb ki, dostlarımız və müttəfiqlərimizlə koordinasiya edilən antiterror əməliyyatında terrorçuların hədəfləri dəqiq seçilib, hərəkatın planlaşdırılması və icrası zamanı mülki əhalinin həyatının və mülkiyyətinin təhlükəsizliyinə diqqət artırılıb.


скачать dle 12.1

Şərhlər