SON DƏQİQƏ

İraqda daha bir türk hərbçisi şəhid oldu

Tarix:

11-02-2021, 13:11

/ 5 958 dəfə oxundu.
İraqda daha bir türk hərbçisi şəhid oldu

Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi "Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ərtuğ Gülər şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ərtuğ Gülər fevralın 10-da əməliyyatlar zamanı ağır yaralanaraq xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün əməliyyatlar çərçivəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olmuşdu.

скачать dle 12.1

Şərhlər