
Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4,7 bal gücündə zəlzələ olub.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyə vaxtı ilə 18:51-də baş verən yeraltı təkanların ocağı yerin 7,1 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
***
Türkiyə daxili işlər naziri Süleyman Soylu Tvitter səhifəsindəki paylaşımında zəlzələ nəticəsində indiyədək hər hansı fəlakətli halın yaşanmadığını bildirib:
"Valilik məlumatlandırmağa davam edəcək. Keçmiş olsun”.