Türkiyənin Dənizli şəhərinin Çardak ilçəsində 3,8 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 14:29-da qeydə alınıb.
Zəlzələ ocağı 11,5 km dərinlikdə yerləşib. Qısa müddət davam edən təkanlar əhali arasında panikaya səbəb olub.
Dağıntı və tələfat yoxdur.