
ABŞ təhsil naziri Betsi Devos istefaya gedib.
Bu məlumatı "Vol Strit Jurnal” qəzeti yayıb.
Məlumata görə, nazir Konqresə hücumu özü üçün dönüş nöqtəsi adlandırıb.
Qeyd edək ki, Devos ABŞ-ın Konqresə hücumdan sonra istefaya gedən ikinci naziridir. Bundan öncə ABŞ nəqliyyat naziri Eleyn Çao istefaya gedib.
































