SON DƏQİQƏ
» » Səhiyyə naziri istefaya getdi –Şənbə gününə görə

Səhiyyə naziri istefaya getdi –Şənbə gününə görə

Tarix:

26-11-2017, 15:45

/ 961 dəfə oxundu.
Səhiyyə naziri istefaya getdi –Şənbə gününə görə

İsrailin Səhiyyə naziri Yakov Litsman istefaya gedib.

Gunaz.az xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb. Nazirin istefaya getməsinə əsas səbəb kimi onun dəmiryolunda təmir işlərinin şənbə günündə aparılmasına etiraz etməsi olub. Belə ki, Litsman yəhudilikdə şənbə günündə çalışmanın qadağan edildiyini və hökumətin də buna əməl etməsi gərəkdiyini iddia edib.

Mətbuat Litsmanın istefaya getməsinə baxmayaraq, onun rəhbərlik etdiyi Birləşmiş Tövrat Yəhudiliyi Partiyasının İsrail Baş naziri Benyamin Netanyahunu müdafiə edəcəyini bildirib.

Qeyd edək ki, Birləşmiş Tövrat Yəhudiliyi Partiyası İsraildə yeganə ultrasağçı partiyadır. Partiya 2015-ci ildəki seçkidə parlamentə 6 deputat göndərə bilib. Bu partiya hökumət koalisiyasında da yer alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ