SON DƏQİQƏ

Qonşumuzda əhalinin 67 faizinin banka borcu var

Tarix:

1-01-2021, 21:13

/ 1 298 dəfə oxundu.
Qonşumuzda əhalinin 67 faizinin banka borcu var

Gürcüstan əhalisinin 67 faizinin banklara ən azı bir kredit borcu var. Bu da Gürcüstan üçün ən yüksək tarixi göstəricidir.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə qaytarılması artıq mümkünsüz görünən kreditlərin sayı 4,4 faizdən 8 faizədək artıb və yaxın vaxtlarda bu artımın 10-11 faizə çatacağı gözlənilir.

Bildirilib ki, 2020-ci il dekabrın 1-nə Gürcüstan əhalisinin götürdükləri 1,3 milyard lari istehlak kreditləri üzündən banklara 4,6 milyard həcmində borc yaranıb.

Bank rəhbəri deyib ki, 2018-ci ildə prezident seçkiləri öncəsi hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü ilə adı maliyyə kredit təşkilatlarının "qara siyashısı”na düşən 610 min nəfərin 4 milyard lari həcmində kredit borcları silinib.

Milli Bank kreditlərlə bağlı yeni qaydalar təsdiq edib. Banklar və kredit maliyyə təşkilatları kredit verməzdən əvvəl fiziki və hüquqi şəxslərin bütün imkanlarını araşdırır və sonra qərar verir.

Kreditlərin müddəti və məbləği də yeni qaydalarla müəyyən edilib.

İpoteka kreditləri ən çoxu 15 il müddətinə, əmlakın girov qoyulması tələbi ilə verilən gündəlik tələbat kreditləri 10 ildən çox olmamaq, avtomobil alınması üçün verilən kreditlər 6 il, digər kreditlər isə ən çoxu 4 il müddətinə veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ