Britaniya yeni növ koronavirusla bağlı dərhal Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib.
GunAz.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.
"Beynəlxalq dostlarımıza və partnyorlarımıza demək istəyirəm ki, biz sizin narahatlığınızı anlayırıq. Britaniya hökuməti virusun yeni ştammı barədə məlumat əldə edən kimi ÜST-ə vacib məlumatları çatdırdı və virusun yayılmasının qarşısını almaq üçün növbəti gün həlledici qərarlar qəbul etdi”, - deyə Conson bildirib.