SON DƏQİQƏ
» » Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı

Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı

Tarix:

21-12-2020, 11:56

/ 5 809 dəfə oxundu.
Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı

Türkiyə daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatını yaxın zamanda təqdim edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi naziri İsmail Demir danışıb.

"Bir deyim var: köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Təyyarələrimizin modernizasiyasını aparırıq. Mövcud PUA-larla yanaşı, daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatları yaxın zamanda hazır olacaq”, - İ.Demir bildirib.

O əlavə edib ki, MİUS adlı pilotsuz qırıcı motorlu təyyarə layihəsi də olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ