SON DƏQİQƏ
» » Soydaşlarımız Qətərdə yürüş təşkil etdilər

Soydaşlarımız Qətərdə yürüş təşkil etdilər

Tarix:

17-07-2020, 22:41

/ 1 335 dəfə oxundu.
Soydaşlarımız Qətərdə yürüş təşkil etdilər

İyulun 17-də Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyindən GunAz.az-a bildirilib ki, əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!”, "Karabakh is Azerbaijan!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.

Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ