SON DƏQİQƏ
» » Qarabağ haqqında film bu ölkələrdə göstəriləcək

Qarabağ haqqında film bu ölkələrdə göstəriləcək

Tarix:

20-06-2019, 19:27

/ 1 940 dəfə oxundu.
Qarabağ haqqında film bu ölkələrdə göstəriləcək

Qarabağ həqiqətləri ilə bağlı çəkilən "Son nəfəsədək" filmi İsveç və Yunanıstanda nümayiş olunacaq.

Bu barədə Kult.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Film 23 iyun 2019-cu il tarixində İsveçin Höteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq. Filmin əsas təşkilatçısı Höteborqda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişinə İsveç Azərbaycan Evi dəstək verəcək.

Film iyunun 25-də Yunanıstanda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən də nümayiş olunacaq.

Digər ölkələrdə də təqdim olunması gözlənilir”, - E.Eltürk bildirib.

Eltürkün sözlərinə görə, əsas məqsəd xaricdə yaşayan soydaşlarımız arasında milli birliyin güclənməsi, gənclər arasında vətənpərvərlik ruhunun inkişafını sürətləndirməkdir:

“Həm də Qarabağ həqiqətləri bizi bir yumruq kimi birləşdirməlidir. “Son nəfəsədək” filmi də bizi buna səsləyir”.

скачать dle 12.1

Şərhlər