Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
GunAz.azxəbər verir ki, telefon söhbətində liderlər Liviyada hərbi qarşıdurmaların kəskinləşməsindən dolayı narahatlıqlarını ifadə ediblər.
Putin və Merkel Liviyada tərəflər arasında dərhal atəşkəsin təmin edilməsinin və BMT himayəsində müzakirələrin başladılmasının alternativinin olmadığını vurğulayıblar.
Bundan əlavə, tərəflər bu məsələ ilə bağlı Misirin sülhə yönəlik vasitəçiliyinə də müsbət yanaşdıqlarını əlavə ediblər.